Demo sifariş et

SMART Easy Bot modulu: SMART CRM platformasının yenilənməsi

SMART Easy Bot April ENG

Dünya rəqəmsallaşma yolunda irəliləyir, ümumi müştəri təcrübəsinə və biznes modellərinin transformasiyasına getdikcə daha çox diqqət yetirilir ki, bu da həm müştərilər, həm də işçilər üçün əlverişli mühitin yaradılmasına kömək edir. Müştəri xidmətini effektiv şəkildə necə təşkil etmək olar? İşçiləri təkrarlanan sorğularla və rutin qarşılıqlı əlaqələrlə yükləməmək üçün hansı üsullara müraciət etmək lazımdır? Biz B2B, B2C və müştəri xidməti seqmentlərində satış üçün kompleks platforma olan SMART CRM daxilində müasir həll təklif edirik. Beləliklə, yerli bazar üçün aktual olan çatbotları idarə etmək üçün yeni mövcud modulu – SMART Easy Bot-u təqdim edirik.

SMART Easy Bot , CRM sistemi ilə inteqrasiya olunmuş Viber və Telegram-da çatbotların asan və rahat idarə olunması üçün sadə istifadəçi interfeysi olan hazır moduldur. Xidmət abunəçilərlə sadə və rahat ünsiyyət qurmağa, düymələri və onların funksiyalarını idarə etməyə, həmçinin seçilmiş seqmentlər üzrə abunəçilərə kütləvi və şəxsi mesajlar göndərməyə imkan verir.

SMART Easy Bot müştərilərlə qarşılıqlı əlaqə qurmaq üçün hansı imkanlar təklif edir?

  • Öz düymələrinizi yaradın. Müxtəlif növ düymələr əlavə edin: yalnız mətn, mətn+ keçid (link), CRM sisteminizdən məlumat çıxışı, sonradan barkodlara və ya QR kodlarına çevrilməklə CRM sisteminizdən məlumat çıxışı. Keçid vasitəsilə istənilən dəyişikliyi işə salmağa və nəticələri birbaşa bota göndərməyə imkan verən “Webhook” funksiyası mövcuddur.
  • Abunəçilərlə ünsiyyət qurun. Çatbotunuzun bütün aktiv abunəçilərinə istədiyiniz şəkildə mesaj göndərin: istər bütün çatbot auditoriyasına, istərsə də seçilmiş seqmentə və ya konkret abunəçiyə (fərdi təkliflər, doğum günü təbrikləri, sifarişin statusu və s.)
  • Daxil olan kommunikasiyanı tənzimləyin. Çatbotlardan ünsiyyət mənbəyi kimi istifadə edin və auditoriyanızdan sorğu və fayllar şəklində geri dönüş alın
  • Kontaktlar məlumat bazasını genişləndirin. Məlumat bazasını botdan ilk istifadə zamanı qeydiyyat funksiyası vasitəsilə istifadəçilər haqqında ən son və verifikasiya olunmuş (yoxlanılmış) məlumatlarla doldurun
  • Fərdi mesajlar yaradın. Konkret istifadəçi üçün birbaşa CRM sisteminizdən fərdi mətnlər yaradın
  • Bir pəncərədə idarə edin. Çatbotları birbaşa CRM sisteminizdə intuitiv və rahat interfeysə malik olan vahid mərkəzdə idarə edin

SMART Easy Bot-u niyə seçməyə dəyər?

  • Asan şəkildə sazlanma və idarəetmə
  • Sürətli tətbiqetmə
  • Müştərilərlə kompleks kommunikasiya və 24/7 rejimində özünəxidmət
  • CRM ilə kompleks şəkildə məlumat mübadiləsi
  • Həllin funksionallığının dəstəklənməsi və genişləndirilməsi
  • Bütün SMART həlləri ilə uyğunluq

SMART Easy Bot-u necə qoşmaq olar?

Quraşdırma prosesi bir neçə mərhələdən ibarətdir:

  • Seçdiyiniz Viber və ya Telegram kanalında bot yaradırsınız
  • Açarı alırsınız və onu chatbot komponentlərini CRM sistemi ilə əlaqələndirmək üçün tərtibatçıya göndərirsiniz
  • SMART CRM/Microsoft Dynamics 365-də avtorizasiya
  • İnteqrasiya komponentlərinin quraşdırılması və konfiqurasiyası
  • Sistem təhlükəsizliyinin sazlanması – menecerə və ya işçi qrupuna giriş imkanının verilməsi
  • Çatbot istifadəçiləri ilə qarşılıqlı əlaqə ssenarilərinin yaradılması
  • İstifadəyə başlama

Modulun qoşulması və istifadəsi nə qədərdir?

Bir Microsoft Power Apps/Dynamics 365 mühitində istifadə üçün aylıq ödəniş 100 ABŞ dolları təşkil edir, menecerlərin sayı ilə məhdudiyyət yoxdur. Azure komponentlərinin tarifləri istehlaka əsasən hesablanır. Aylıq ödənişə 1 Viber və 1 Telegram botunda ümumi məntiq və vahid idarəetmə mərkəzi ilə 100 min mesaj daxildir.


SMART CRM platformasının yeniliklərini bloq səhifələrimizdə və ya Facebook-da izləyin..

SMART CRM biznes ehtiyaclarınız üçün uyğun olub-olmadığını anlamaq istəyirsiniz? Bizimlə əlaqə saxlayın: sales@smart-it.com

Index
0%
mail