Aqua Plus şirkəti cəmi 2 il ərzində müştəri bazasını necə ikiqat artıra bildi və bu prosesdə SMART CRM hansı rolu oynadı
Veb sayt formaları müştərilərinizlə kommunikasiya üçün universal bir alətdir. Qeydiyyat forması olan səhifələrdə (landing page) istifadəçilər konsultasiya, məhsul və ya xidmətin təqdimatı üçün sorğu göndərə, tədbirdə iştirak üçün qeydiyyatdan keçə, müraciət və ya şikayət ünvanlaya bilərlər. Demək olar ki, hər bir CRM sisteminin tətbiqi layihəsində bu cür inteqrasiya tələb olunur.
Yeni həll bu mürəkkəb tələbi sürətli və asan yerinə yetirilə bilən sadə və çevik prosesə çevirir.
Artıq bu cür formaları birbaşa SMART CRM platformasında və ya Power Platform əsaslı istənilən həllər (Power Apps / Microsoft Dynamics 365) daxilində konfiqurasiya etmək mümkündür. Konnektor sayəsində istifadəçi tərəfindən saytda daxil edilən məlumatlar CRM sistemi ilə asanlıqla sinxronlaşdırılır.
SMART CRM platforması hər şeydən əvvəl həmkarlarınız üçün rahatlıq deməkdir.
Marketinq, satış və xidmət komandaları CRM sistemindən həvəslə istifadə etdikdə, bu, biznes nəticələrinə hər zaman müsbət təsir göstərir.
Məhz buna görə SMART business komandası hər rübdə mövcud həlləri yeniləyir və ya yeni modullar və inteqrasiyalar təqdim edir ki, CRM sistemi sizin və biznesinizin tələblərinə uyğun işləsin.
Formanı doldurun və biz SMART CRM-in şirkətiniz üçün hansı imkanlar açdığını birlikdə müzakirə edək.