Demo sifariş et

Bütün messencerlər bir CRM pəncərəsində. SMART Chat həllində hansı yeniliklər var?

Release SMART Chat AZ

Hər müştəriyə rahat kommunikasiya kanalı təmin etmək biznesin əsas vəzifələrindəndir. Bunun üçün şirkətlər Facebook Messenger, Telegram, Viber, WhatsApp, Instagram və digər tanınmış çat tətbiqlərini qoşurlar. Bu, şəxsi yanaşma və daha yaxşı müştəri təcrübəsi üçün ən yaxşı şərait yaradır.

Ancaq biznes nə qədər çox kanal cəlb edərsə, onlara nəzarət etmək və xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaq bir o qədər çətinləşir. Dəstək xidmətindən gec cavab alınması diqqətsizlik və zəif xidmət kimi qiymətləndirilə bilər. Bəs müştəri müraciətinin cavabsız qaldığı bir vəziyyətdən necə qaçmaq olar?

Vahid platforma daxilində adi messencerlərdən istifadə edərək müştəri ilə aydın kommunikasiya qurmağa imkan verən SMART Chat həllini nəzərdən keçirməyi təklif edirik. Bugün SMART Chat həllinin mövcud funksionallığını müzakirə edəcəyik. Yeniləmələrin daha ətraflı siyahısı ilə aşağıda tanış ola bilərsiniz.


Ən son yeniliklər:

1. Bot abunəçiləri üçün avtomatik cavablar

SMART Chat vasitəsilə kommunikasiyanın işlənməsinə avtomatik mesajların daxil edilməsi əlavə edilib. Bu mesajları müştəri müəyyən bir proses baş verdikdə alacaq. Mesajın məzmununun sazlanması mümkündür. Mövcud cavab növləri bunlardır:

  • operatorun axtarışı haqqında mesaj ümumi növbəyə daxil olduqda avtomatik cavab;
  • operator tərəfindən çatda danışığa başlamaq üçün avtomatik salamlama mesajı;
  • müəyyən bir müddət ərzində aktivlik olmadığı üçün çat yazışmasının bağlanacağı barədə avtomatik xəbərdarlıq;
  • operator çatda danışığı bitirdikdə, bu barədə mesajın avtomatik olaraq göndərilməsi (Farwell message).

1 1

2. Dəstək xidmətinin iş vaxtının idarə edilməsi

İndi çatbot vasitəsilə dəstək xidmətinin iş günləri və saatlarını müəyyən etmək mümkündür. Eyni zamanda, iş saatları xaricində müraciət olunarsa, müştərinin alacağı mesajı konfiqurasiya etmək mümkündür.

2 1

Picture3

3. Kommunikasiya sessiyalarının avtomatik paylanması

Həllin yenilənmiş funksionallığına müştəri ilə kommunikasiya sessiyalarını avtomatik olaraq cavabdeh menecerə yönləndirmək imkanı əlavə edilib. Əgər cavabdeh menecer onlayn olarsa, mesaj avtomatik olaraq ona göndəriləcək və ümumi gözləmə sırasına daxil olmayacaq.

4. Operatorun adının kommunikasiya tarixçəsində görünməsi

İndi SMART Chat operatoru əvvəlki kommunikasiyanın yalnız məzmununu deyil, həm də müştərinin öncə əlaqə saxladığı operatorun adını da görəcək ki, bu da ona həmkarı ilə detalları dəqiqləşdirməyə imkan verəcək.

Picture4

5. Əlavə kanalların qoşulması

SMART Chat-ın cari Təkmilləşdirmə qeydləri buraxılışında biznes kommunikasiya və müştəri dəstəyi imkanlarını genişləndirmək üçün Viber və Instagram Direct kanallarını əlavə edib.

Picture5

Daha öncə hansı imkanlar mövcud idi?

Xatırladırıq ki, əvvəlki Təkmilləşdirmə qeydləri buraxılışında SMART Chat-da aşağıdakı funksiyalar aktiv edilmişdi:

  • Emoji.
  • müştəri ilə fayl və şəkil mübadiləsi;
  • əvvəlcədən hazırlanmış kitabxanadan sürətli cavablar istifadə etmək imkanı;
  • cari çat yazışmasını sistemdəki mövcud qeydlərə (Kontakt, Müəssisə, Sifariş, Müraciət və s.) və ya yenisinə əlavə etmək imkanı;
  • çatda danışığa əlavə edilə biləcək obyektlərin siyahısının çevik şəkildə sazlanması.

Hər yeni buraxılışla , SMART CRM platformasının həlləri daha funksional, rahat və effektiv olur. Biz hər gün bazarın ehtiyaclarına uyğun funksiyalar üzərində işləyirik və müştərilərlə daha effektiv kommunikasiya qurmaq üçün biznes imkanlarını genişləndiririk.

SMART CRM platformasının yeniliklərini bloq səhifəmizdə və ya Facebook-da izləyin.

SMART CRM sizin biznes ehtiyaclarınız üçün uyğun olub-olmadığını anlamaq istəyirsiniz? Sorğunuzu göndərin. Bizim mütəxəssislərimiz hər suallarınıza cavab verəcək və uyğun həlli seçməyinizə kömək edəcəklər.

Konsultasiya almaq

Index
0%
mail